RU

İranın verdiyi həddiyə ni açıqladı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp son günlər böyük müzakirələrə səbəb olan "İrandan hədiyyə almışam" ifadəsinə aydınlıq gətirib. Ağ evdə keçirilən iclasda çıxış edən dövlət başçısı bu sözlərin arxasında maddi maraqların deyil, strateji razılaşmanın dayandığını bildirib.Məlum olub ki, söhbət Hörmüz boğazından neft tankerlərinin sərbəst keçidinə icazə verilməsindən gedir. Trampın sözlərinə görə, rəsmi Tehran əvvəlcə səkkiz tankerin boğazdan keçməsinə yaşıl işıq yandırıb. Prezident əvvəlcə bu məsələyə bir qədər şübhə ilə yanaşsa da, tankerlərin hərəkəti ilə bağlı kadrları televiziya xəbərlərində izlədikdən sonra fikri tamamilə dəyişib. O, baş verənləri danışıqların real nəticəsi kimi qiymətləndirərək qarşı tərəflə bağlı müsbət mesajlar verib.Proses bununla da yekunlaşmayıb. İran tərəfi daha sonra əlavə iki gəminin də keçidinə şərait yaradıb. Beləliklə, ümumilikdə on neft tankeri maneəsiz şəkildə mənzil başına yollanıb. Bu addım Vaşinqton və Tehran arasında pərdəarxası təmasların hansı mərhələdə olduğu barədə yeni suallar doğurur. Görünən odur ki, tərəflər arasında hələlik rəsmi elan olunmasa da, müəyyən məsələlərdə razılıq əldə edilib.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
demokrat.az

1Источники