Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Yuventus”un cinah oyunçusu Fransisko Konseysao “Liverpul”un maraq dairəsinə düşdüyü barədə xəbərlərə münasibət bildirib.
İdman.Biz bildirir ki, bu mövsüm Konseysao bütün yarışlarda 34 oyunda meydana çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.
“Bilirəm ki, [mümkün] böyük bir kluba keçidimlə bağlı şayiələr var, amma mən artıq böyük bir klubdayam və xoşbəxtəm. Sadəcə işləməyə, qol vurmağa və məhsuldar ötürmələr etməyə davam etməliyəm”, - Konseysao deyib.
Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.