RU

Sərdar Azmunun İrandakı əmlakı müsadirə olunacaq

İran millisinin keçmiş hücumçusu Sərdar Azmunun ölkəsindəki əmlakı müsadirə edilib.

İdman.Biz-in “Fars” agentliyinə istinadən məlumatına görə, futbolçu “sionist rejim və ABŞ-ın terrorçu hökuməti” ilə əlaqədə şübhəli bilinir.

Mənbənin məlumatına görə, Gülüstan əyalətinin baş prokuroru Azmunun da daxil olduğu 16 şəxsin qeydiyyatdan keçmiş əmlaklarının müsadirəsinə başlandığını elan edib. Baş prokurorluq vurğulayıb ki, “milli təhlükəsizliyə zərər verən xaricdəki düşmənlə hər hansı əlaqə və ya əməkdaşlıq bütün əmlakının müsadirə edilməsinə və qanuna uyğun olaraq digər hüquqi sanksiyalara səbəb olacaq”.

Daha əvvəl media Azmunun BƏƏ siyasətçiləri ilə fotosunu paylaşdıqdan sonra İran milli komandasından qovulduğunu bildirib.

İdman.Biz
Məqalədə:
Избранный
60
1
idman.biz

2Источники