Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi, PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev Budapeştdə Macarıstanın Baş nazirinin MilliTəhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.
Trend xəbər verirki, H.Hacıyev bu barədə “X” sosial media hesabında paylaşımedib.
“Görüş Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatınaüzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarınındiplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütünsahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın millimaraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnikvə mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDTçərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir”, - deyəH.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türkdünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.