RU

Lavrov Putin və Trampın münasibətlərindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlərdən bəhs edib.

Onun sözlərinə görə, dövlət başçıları bir-birinə hörmət edir və böyük siyasətçilərə xas şəkildə ünsiyyət qururlar.

"Hər zaman və hər məsələdə razılaşmasalar da, necə danışmağı bilirlər: dürüst, problemləri və fikir ayrılıqlarını gizlətmədən", - deyə Lavrov bildirib.

Nazir əlavə edib ki, Ukrayna üzrə üçtərəfli danışıqlar hazırda müvəqqəti dayandırılıb. Bununla belə, Moskva Vaşinqtonla Kiyev arasında baş tutan təmaslar barədə məlumatlandırılıb.

O xatırladıb ki, Ankoricdə keçirilən görüşdən sonra bir neçə raund danışıqlar baş tutub və sonuncu görüş ABŞ və İsrailin İrana hücumundan az əvvəl keçirilib.

"Hazırda fasilə yaranıb. Lakin amerikalıların ukraynalılarla təmaslarından xəbərdarıq. Bu barədə bizə məlumat verilib", - deyə o vurğulayıb.//Oxu.Az

Избранный
26
2
musavat.com

3Источники