RU

Meksikada yanacaq qiymətləri artmaqda davam edir

Bakı. Trend:

İran ətrafında vəziyyətin gərginləşməsindən bəri Meksikadaavtomobil yanacağının qiymətləri davamlı artım nümayiş etdirir.

Trend xəbər verirki, bahalaşma ən çox yüksək oktanlı benzin növlərinə və dizelyanacağına təsir edib.

Belə ki, “Premium” markalı benzin və dizelin qiyməti 7 %-dən 10%-dək artıb. Hazırda bu növ benzinin bir litri təxminən 28 pesoya(təqribən 2 manat 60 qəpik) başa gəlir. Bəzi regionlarda dizelyanacağının qiyməti isə 30 pesoya (təxminən 2 manat 80 qəpik) qədəryüksəlib.

Ölkədə ən çox tələb olunan “Magna” markalı benzinin (“Regular”analoqu) bir litri 24 pesoya (təxminən 2 manat 30 qəpik)satılır.

Meksika Energetika Nazirliyinin və “Pemex” dövlət neftşirkətinin 2025-ci il üzrə hesabatına əsasən, ölkədə benzinin ümumiistehlakı sutkada təxminən 840 min barel təşkil edib. Daxiliistehsalın 22 % artaraq gündəlik orta hesabla 390 min bareləçatmasına baxmayaraq, bu həcmlər tələbatın yarısını belə ödəməküçün kifayət etmir.

Meksika əvvəlki kimi xaricdən gündə 446 mindən 529 min bareləqədər yanacaq idxal edir ki, bu da daxili bazarın Yaxın Şərqdəkimünaqişə fonunda dünya neft qiymətlərindəki dəyişkənliyə yüksəkhəssaslığını şərtləndirir.

Избранный
75
3
az.trend.az

3Источники