RU

ABŞ-İran münaqişəsi bu ölkəni vurdu: fövqəladə vəziyyət elan edildi

Filippin ABŞ-İran münaqişəsinin yaratdığı enerji çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edib .

Hakimiyyet.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Filippin hökuməti məlumat yayıb .

Filippinin xarici işlər naziri Maria Tereza Lazaro ölkənin40-45 günlük neft ehtiyatları olduğunu bildirib. O, enerji qiymətlərinin artmasına səbəb olacaq "domino effekti"ndən danışıb.

CNN-in məlumatına görə, ölkədə enerjiyə qənaət, yanacağa subsidiya verilməsi, nəqliyyat xərclərinin azaldılması və neft məhsullarının tədarükündə spekulyasiya ilə mübarizə tədbirləri tətbiq edilib.

Filippin hərbi münaqişələr fonunda enerji çatışmazlığı səbəbindən dünyada fövqəladə vəziyyət elan edən ilk ölkə olub.

Daha əvvəl Britaniyanın neft və qaz nəhəngi Shell şirkətinin baş direktoru Vael Savan bildirmişdi ki, Avropa tezliklə İrandakı müharibə səbəbindən enerji təchizatı fasilələrini yaşamağa başlayacaq.

Elvin

Hakimiyyet.az

Избранный
36
2
hakimiyyet.az

3Источники