RU

ABŞ əsgərləri ilə bağlı ŞOK: “Mülki insanlardan…”

İranın xarici işlər naziri Abbas Əraqçı Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrində yerləşən amerikalı hərbçilərlə bağlı sarsıdıcı iddia ilə çıxış edib. Nazir ABŞ əsgərlərinin hərbi bazaları tərk edərək mülki obyektlərdə gizləndiyini bildirib. Abbas Əraqçı özünün “X” sosial şəbəkə hesabında qeyd edib ki, müharibənin başlanğıcından bəri amerikalı hərbçilər Körfəz ölkələrindəki hərbi bazalardan qaçaraq otellərdə və ofis binalarında sığınacaq tapıblar.

NOCOMMENT.az xəbər verir ki, İranın baş diplomatı bu addımı Körfəz ölkələrinin dinc sakinlərindən “canlı qalxan” kimi istifadə edilməsi kimi qiymətləndirib. Əraqçı ABŞ-dakı daxili təcrübəyə istinad edərək maraqlı bir müqayisə aparıb: “ABŞ-da otellər müştərilər üçün təhlükə yarada biləcək hüquq-mühafizə orqanlarının əməkdaşları üçün yer sifarişini rədd edirlər. Körfəz ölkələrindəki otellər də eyni cür davranmalıdırlar”. Nazirin bu bəyanatı regionda ABŞ hərbi varlığına qarşı təzyiqlərin artırılması və yerli əhalinin bu hərbçilərə münasibətinin dəyişdirilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Избранный
39
nocomment.az

1Источники