Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
İdmanxeber.az xəbər verir ki, A, B, C və D yolları üzrə bu günə nəzərdə tutulan ümumilikdə 8 oyundan 1-i artıq başa çatıb.
Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb.
Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.
Final görüşləri martın 31-də keçiriləcək.