Bakı. Trend:
Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasındapley-off oyunlarına start verilib.
Trend xəbər verirki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmalarıarasında keçirilib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablıqələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğluvurub.
Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin qalibi iləüz-üzə gələcək.
Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-dəbaşlayacaq.
Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonraümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqəqazanacaq. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.