RU

Türkiyə millisindən DÇ pley-off-unda ilk qələbə

Türkiyə millisi 2026-cı il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin C yolunun yarımfinalında Rumıniya komandasına qalib gəlib.

Publika.az xəbər verir ki, İstanbuldakı "Tüpraş" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 53-cü dəqiqədə Arda Gülərin ötürməsindən sonra Ferdi Kadıoğlu vurub. Matçı fransalı Baş hakim Fransua Leteksye idarə edib.

C yolunun finalında Türkiyə seçməsi Slovakiya və Kosovo yığmaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək. Həmin oyun martın 26-sı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Finalın qalibi ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazanacaq. C yolunun qalibi D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.

Избранный
20
14
publika.az

10Источники