RU

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar...



“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olublar.

37 ölkədən 79 nəfər səyyahın daxil olduğu heyət əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Dünya səyyahları sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

ZÜMRÜD

Избранный
31
3
baki-xeber.com

10Источники