RU

Gənc futbolçu öldürüldü

İsveçdə gənc futbolçu qətlə yetirilib.

"Football-plus.az" xəbər verir ki, Örebro şəhərində baş verən atışma nəticəsində “Forvard”ın 20 yaşlı qapıçısı Huqo Mosshagen həlak olub.

“Aftonbladet” qəzetinin məlumatına görə, hadisə martın 21-i axşamı şəhərin qərb hissəsindəki dayanacaqda baş verib. Polisə yerli vaxtla saat 23.26-da zəng daxil olub və hadisə yerində yaralı kişi olduğu bildirilib. Daha sonra Huqo dünyasını dəyişib.

Hücum zamanı Mosshagen ən azı bir tanışı ilə birlikdə olub. O, İsveçin 4-cü divizionunda çıxış edən “Forvard” klubunun əsas komandasında oynayırdı.

Избранный
28
1
football-plus.az

4Источники