RU

Ermənistan parlamentinin sədri vətəndaşla qalmaqallı insidentdən danışıb » AzadMedia.az

[img=left]https://azadmedia.az/uploads/posts/2026-03/1774545791_default-1.webp[/im



Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan vətəndaşla yaşadığı qalmaqallı insidentlə bağlı açıqlama verib.

Canlı yayımda çıxış edən spiker bildirib ki, onun tərəfindən heç bir qeyri-etik və ya söyüş xarakterli ifadə işlədilməyib.

“Orada heç bir söyüş olmayıb. Sadəcə ‘ara’ sözü işlədilib. Bu isə həmin şəxsin təhlükəsizlik əməkdaşlarının tələblərinə tabe olmaması və təxribat yaratmağa çalışdığı zaman baş verib”, – deyə o qeyd edib.

Qeyd edək ki, insidentdən sonra Simonyan vətəndaşlardan birinin sualını cavablandırarkən, özünə qarşı təhqiramiz ifadələr işlədildiyini və buna cavab verdiyini də bildirib.

Daha sonra o, itkin düşmüş hərbçilərin ailələrinə müraciət edib. Spiker bildirib ki, əgər bu cür davranışlar qınanmasa, həmin şəxslərlə ünsiyyət qurmaqdan imtina edəcək.

Baş verən hadisə ölkədə ictimai müzakirələrə səbəb olub.

Избранный
6
1
azadmedia.az

2Источники