ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan bildirib ki, regionda baş verən müharibələrdə tökülən göz yaşları arasında heç bir fərq yoxdur və müsəlmanlar arasında ayrı-seçkilik etmək yolverilməzdir.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, təcavüzkarlar üçün insanların hansı məzhəbə və ya millətə mənsub olması əhəmiyyət daşımır.
Ərdoğan qeyd edib ki, bu müharibə İsrailin savaşı olsa da, ən ağır bədəli əvvəlcə müsəlmanlar, sonra isə bütün bəşəriyyət ödəyir. O, Benyamin Netanyahu hökumətini münaqişəni genişləndirməkdə və Livana doğru addım-addım irəliləməkdə ittiham edib.
Prezident həmçinin Əl-Aqsa məscidi ilə bağlı da fikir bildirib. O vurğulayıb ki, müsəlmanların bu məsciddə ibadət hüququ heç bir halda məhdudlaşdırıla bilməz.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.