RU

"The Limitless Group" dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - FOTO

Azərbaycan bu il beynəlxalq təhsil sektorunun ən nüfuzlu və genişmiqyaslı platformalarından biri hesab olunan ICEF tədbirinə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən təhsil agentliklərini, universitet nümayəndələrini və sənaye üzrə aparıcı mütəxəssisləri bir araya gətirən bu tədbir qlobal təhsil əlaqələrinin qurulması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Redaktor.az xəbər verir ki, tədbirdə iştirak edən qurumlar sırasında "The Limitless Group" da yer alır. Şirkət daha əvvəl Avstraliya, ABŞ, Kanada, Böyük Britaniya və bir sıra digər ölkələrdə keçirilən ICEF tədbirlərində uğurla iştirak edərək beynəlxalq təcrübə qazanıb və geniş tərəfdaş şəbəkəsi formalaşdırıb.

"The Limitless Group"un rəhbəri Fəridə Yaqubova saytımıza açıqlamasında bildirdi ki, ICEF çərçivəsində keçirilən ikitərəfli görüşlər, təqdimatlar və panel müzakirələri təhsil sahəsində yeni əməkdaşlıqların qurulmasına, innovativ yanaşmaların müzakirəsinə və mövcud tərəfdaşlıqların daha da möhkəmləndirilməsinə imkan yaradır. Onun sözlərinə görə, bu platforma vasitəsilə agentliklər və təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması tələbələr üçün daha geniş seçim imkanlarının yaranmasına şərait yaradır:

""The Limitless Group" üçün tədbirdə iştirakın əsas məqsədlərindən biri yeni beynəlxalq tərəfdaşlıqların qurulması, mövcud əməkdaşlıqların genişləndirilməsi və tələbələrə təqdim olunan təhsil imkanlarının daha da zənginləşdirilməsidir. Şirkət bu kimi beynəlxalq platformalarda aktiv iştirak etməklə qlobal təhsil bazarındakı yenilikləri yaxından izləyir və bu yenilikləri öz xidmətlərinə inteqrasiya edir".

F.Yaqubovanın fikrincə, ICEF kimi beynəlxalq tədbirlər təhsil sahəsində əməkdaşlığın inkişafına, müxtəlif ölkələr arasında akademik və peşəkar əlaqələrin güclənməsinə, eləcə də tələbələrin xaricdə təhsil imkanlarına çıxışının asanlaşmasına mühüm töhfə verir.

Şirkət rəhbəri qeyd etdi ki, tədbir çərçivəsində keçirilən görüşlər, əldə olunan razılaşmalar və digər yeniliklər barədə daha ətraflı məlumat yaxın günlərdə "The Limitless Group"un kommunikasiya kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.

Xədicə BAXIŞLI

22222
Избранный
36
2
redaktor.az

3Источники