RU

İran bu ölkənin gəmilərinə “yaşıl işıq” yandırdı

Malayziya gəmiləri Hörmüz boğazından keçmək üçün İrandan icazə alıb.

Publika.az "The Straits Times"a istonadla xəbər verir ki, bu barədə Asiya ölkəsinin Baş naziri Ənvər İbrahim məlumat verib.

"Hazırda biz Malayziya neft tankerlərinin keçidini təmin etməklə məşğuluq ki, yüklərin daşınmasına cəlb olunmuş heyətlər evə doğru yollarına davam edə bilsinlər", — deyə o bildirib.

Ənvər İbrahim əlavə edib ki, Malayziya hakimiyyəti neft və qaz tədarükündəki fasilələrin fəsadlarını azaltmaq üçün səylər göstərir.

Bundan əvvəl İran BMT-nin Beynəlxalq Dəniz Təşkilatını məlumatlandırıb ki, Tehranın düşmən hesab etmədiyi dövlətlərin gəmiləri Hörmüz boğazından keçə bilər.

Избранный
24
3
publika.az

10Источники