RU

Xameneinin ölümünü rəqs edərək qeyd etmişdi – Əmisi oğlunu öldürdülər

Əvvəllər sosial şəbəkələrdə paylaşımları ilə diqqət çəkən iranlı influenser Mune Rəhimi bu dəfə müharibə ilə bağlı paylaşımı ilə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana hücumlarını dəstəkləyən və İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümündən sonra paylaşdığı rəqs videosu ilə tanınan Rəhimi, bu dəfə ailəsindən verdiyi itkidən yazıb.

O, sosial media hesabında əmisi oğlunun müharibədə həlak olduğunu bildirib.

Rəhimi paylaşımında əmisi oğlu ilə birgə fotosunu yayımlayaraq bu sözləri yazıb:

“Solda mən, sağda isə keçən həftə itirdiyim sevimli əmim oğlu. İslam rejimi olmasaydı, o sağ olardı. Bunu gözlərimdə yaşla yazıram”.

İnfluenser paylaşımında İrandakı vəziyyəti də sərt tənqid edib. O, azadlığını, xoşbəxtliyini və gəncliyini itirdiyini bildirib, ABŞ-yə köçdükdən sonra belə xoşbəxt olmadığını qeyd edib.

Mune Rəhimi paylaşımını bu sözlərlə bitirib:

“Vətənimin dağıdıldığını və qardaşlarımın qətlə yetirildiyini izləyirəm. Hər gecə birimiz ölürük”./musavat.com/

Избранный
14
1
nocomment.az

2Источники