Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər.
Dietoloqlar qeyd edirlər ki, 12 saat stəkanda qalan suyun içilməsi üçün maksimum müddətdir. Onların fikrincə, bakteriyalar əsasən havadan deyil, suyun özündən və krantdan qaynaqlanır. Araşdırmalar göstərib ki, içməli suda bakteriyaların miqdarı gecə artır. Nadir istifadə olunan krantlarda isə bakteriya səviyyəsi daha yüksək ola bilər.
Bu 12 saatdan sonra bakteriyalar aktiv şəkildə çoxalmağa başlaya bilər. Əgər siz əvvəlki axşamdan qalan suyu içmisinizsə, böyük ehtimalla problem olmaz. Lakin su bir gün ərzində qalıbsa, hətta filtrdən keçmiş olsa belə, yenisini içmək daha təhlükəsizdir.
Bundan əlavə, insan birbaşa butulkadan və ya stəkandan su içdikdə, ağızdan bakteriyalar suya keçə və orada çoxala bilər. Buna görə suyu dərhal içmək, saxlamamaq daha məqsədəuyğundur, xüsusilə də eyni qabı başqaları ilə bölüşürsünüzsə.
Suyun içilməməli olduğunu göstərən əlamətlər
Vizual əlamətlər:
• bulanıqlıq – su şəffaf deyil, “süd kimi” və ya bulanıq görünür;
• çöküntü və hissəciklər – dibində xırda hissəciklər, toz və ya pas olur;
• səthində plyonka – nazik yağlı və ya rəngli qat əmələ gəlir;
Qoxu:
• xoşagəlməz qoxu (küf, bataqlıq, çürümüş qoxu);
• kimyəvi qoxu (xlor, benzin, boya və s.);
Dad:
• acı, metal, turş, qeyri-adi duzlu və ya kəskin dad varsa, belə suyu içmək olmaz;
Digər əlamətlər:
• çirkli stəkan – üzərində qalıq, yemək izi və ya pomada ləkəsi;
• suyun mənbəyi məlum deyil – məsələn, kiminsə izah etmədən doldurduğu su. (Lent.az)