RU

Ayxan Abbasov: Futbolçularımız əllərindən gələni edəcəklər

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Futbolçularımız növbəti matçlarda əllərindən gələni edəcəklər".

Oxu.Az xəbər verir ki, bu sözləri "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millinin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, futbolçuların əhvali-ruhiyyəsi yaxşıdır:

"Futbolçular meydanda əllərindən gələni edəcəklər. Bizim üçün rəqiblər tanış olmasa da, onlar haqqında oyunçulara məlumat vermişik. UEFA Millətlər Liqasının oyunlarından əvvəl bu turnir çox vacibdir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".

"Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda isə yaxşı performans göstərdi. Biz qərar verərkən növbəti toplanışları da nəzərə alırıq. Bütün futbolçulara qapımız açıqdır. Yusif İmanov növbəti təlim-məşq toplanışına dəvət ala bilər", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Murad Nəsimi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
oxu.az

1Источники