RU

Ayxan Abbasov: "Futbolçular növbəti oyunlarda əllərindən gələni edəcəklər"

Azərbaycan millisinin futbolçuları növbəti matçlarda əllərindən gələni edəcəklər.

"Far.Az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

44 yaşlı mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:

"Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Onların yaxşı formada olması bizi sevindirir. Rəqiblərimiz bəllidir. Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər".

A. Abbasov DÇ-2026-nın seçmə mərhələsində güclü rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:

"İndi nəticə qazanmaq istəyirik. UEFA Millətlər Liqasının matçlarından əvvəl bu turnir çox önəmlidir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".

Baş məşqçi "Kəpəz"in qapıçısı Yusif İmanovun növbəti təlim-məşq toplanışına dəvət ala biləcəyini deyib:

"Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verə bilərəm ki, indi niyə dəvət almalıdır? Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda yaxşı performans göstərir. Çempionatdakı bəzi komandalar legioner qolkiperlərə üstünlük verir. Heyətə cəlb olunan Şahruddin Məhəmmədəliyev məşqlərdə əzmkarlıq göstərir. Biz addım atanda növbəti toplanışları da fikirləşirik. Bütün futbolçulara qapımız açıqdır. Yusif İmanov növbəti təlim-məşq toplanışına dəvət ala bilər".

Mütəxəssis "FIFA Series – 2026" turnirində yaxşı oyunu sərgiləmək istədiklərini vurğulayıb.

O, aşağı yaş qruplarından olan milli komandaların baş məşqçiləri ilə daim ünsiyyətdə olduqlarını sözlərinə əlavə edib:

"Realist və səmimi olmalıyıq. Bəlkə də problemlərdən danışanda kimlərinsə xoşlarına gəlmir. Realist olsaq, gələcək üçün vəziyyət çətinləşir. Bugünkü mərkəz müdafiəçilərimizin yaşı çoxdur. U-21 yığmamızın baş məşqçisi ilə danışıram, ən çox bu mövqedən çətinlik çəkir. Bu, 1-2 ildən sonra əsas milliyə təsir edəcək. Geniş mövzudur, üzücüdür. Nəyimiz çatmadı ki, birdən belə düşdük. Bu, bir ilin səhvi deyil. Bu hər kəs problemi bilir, işə başlamalıyıq, səbirli olmalıyıq. Futbolçular milliyə klublardan gəlir, akademiyalarda yetişirlər. Bu gün milli məşqçi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə, biz sevinirik. Uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydan problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna baxışı dəyişməyib. Nəticə, rəqabət, intriqa vi a. Bu da yığma komandalarımıza təsir edir".

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Избранный
18
7
far.az

8Источники