RU

Rusiyada stasionar telefonlara maraq yenidən artır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva, 26 mart, AZƏRTAC

Rusiyada etibarlı rabitə kanallarına artan tələbat fonunda stasionar telefonların quraşdırılması üzrə müraciətlərin sayında artım qeydə alınır.

AZƏRTAC xəbər verir ki, “Rostelecom”un prezidenti Mixail Oseyevskinin jurnalistlər açıqlamasına görə, şirkət xüsusilə də mobil rabitədə vaxtaşırı fasilələrin yarandığı iri şəhərlərdə stasionar rabitəyə qoşulmağa marağın nəzərəçarpacaq dərəcədə artdığını müşahidə edir. O, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Moskvada keçirilən qurultayının kuluarlarında deyib.

Onun sözlərinə görə, istifadəçilər getdikcə daha çox simli rabitəni hər bir evdə olmalı olan zəmanətli və keyfiyyətli ünsiyyət vasitəsi kimi qiymətləndirirlər.

O qeyd edib ki, dəqiq artım göstəriciləri hələ açıqlanmır, lakin tələbat davamlı olaraq qeydə alınır və Rusiyanın müxtəlif regionlarını əhatə edir.

“Rostelecom” rəhbərinin sözlərinə görə, mobil şəbəkələrin qeyri-sabit işlədiyi şəraitdə belə rabitə növünün etibarlılığını vurğulayan biznes dairələrinin nümayəndələri də stasionar telefonların quraşdırılmasına maraq göstərirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
3
azertag.az

4Источники