Aleksandrovka yaşayış məntəqəsi istiqamətində əks-hücum zamanı Ukrayna ordusu doqquz yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib və daha üç məntəqə tamamilə təmizləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun “Facebook” səhifəsində məlumat verilib.
Hərbçilər bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Aleksandrovka istiqamətində davam edir.
Martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.
Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib.
Yanvarın sonundan bəri Rusiya qoşunları 3676 itki verib, 11 nəfər isə əsir götürülüb.