RU

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı – FOTO-VİDEO

Hindistanın Andhra-Pradeş ştatında dəhşətli faciə baş verib. Sərnişin avtobusu çınqıl yüklü yük maşını ilə toqquşub.

NOCOMMENT.az xəbər verir ki, toqquşma nəticəsində 14 nəfər həlak olub, onların hamısı diri-diri yanıb.

Ştat baş nazirinin ofisi hadisəni təsdiqləyərək bildirib ki, “Harikrishna Travels” şirkətinə məxsus avtobus Nirmal şəhərindən Nellora gedirmiş.

Rayon rəhbəri Şri Nara Çandrababu Naydu hadisənin hərtərəfli araşdırılması ilə bağlı göstəriş verib.

Polis rəisi əlavə edib ki, yaralanan 23 nəfər dərhal xəstəxanaya çatdırılıb. Yük maşınının sürücüsü də müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə əməliyyatları başa çatıb./oxu.az/

Избранный
18
4
nocomment.az

5Источники