Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Oyandıqdan dərhal sonra su içmədən qəhvə qəbul etmək halsızlığa səbəb ola bilər".
Ölkə.az xəbər verir ki, bu sözləri əczaçı Rojina Şəms Nateri "Daily Mirror" nəşrinə deyib.
Onun sözlərinə görə, qəhvədən sonra yaranan pis əhval və ya narahatlıq çox vaxt səhər vərdişlərinin düzgün olmaması ilə bağlıdır.
Ekspert qeyd edib ki, oyandıqdan dərhal sonra, xüsusilə su içmədən qəhvə içmək orqanizmdə susuzluğu artırır və təbii prosesləri pozur. O bildirib ki, səhər saatlarında oyanmaya cavabdeh olan kortizol hormonunun səviyyəsi ən yüksək həddə olur və kofein bu hormonun normal fəaliyyətinə mane ola bilər.
“Günü bir stəkan su ilə başlamaq daha yaxşıdır ki, bədəndə maye balansı bərpa olunsun, qəhvəni isə bir qədər sonra içmək tövsiyə olunur”, – deyə ekspert məsləhət verib.
Bundan əlavə, o vurğulayıb ki, şirin səhər yeməyi və oyandıqdan dərhal sonra telefonu yoxlamaq kimi digər səhər vərdişləri də insanın özünü pis hiss etməsinə mənfi təsir göstərə bilər.
Həmidə İbrahimova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.