Astana, 26 mart, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin ratifikasiyası barədə” Qanunu imzalayıb.
AZƏRTAC Akorda mətbuat xidmətinə istinadla xəbər verir ki, qanunun mətni mətbuatda dərc olunacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana