RU

Ancelina Coliyə ağır itki üz verdi

Amerikalı bəstəkar və kantri musiqisi ifaçısı Çip Teylor 86 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Deadline" nəşri sənətçinin övladlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, musiqiçi martın 23-ü axşam saatlarında hospisdə dünyasını dəyişib.

"Onun son günləri sakit keçdi. Çip musiqi vasitəsilə insanlarla ünsiyyət qurmağın bəxş etdiyi o möhtəşəm lütfü sevir və bu birliyə həqiqətən dəyər verirdi. O, hamınızı öz dostu hesab edirdi", - deyə bəstəkarın varisləri onun "Facebook" səhifəsində yazıblar.

Çip Teylor 1940-cı ilin martında Nyu-York ştatında doğulub. Əvvəlcə atasının yolu ilə gedib peşəkar qolfçu olmağı planlaşdırsa da, sonradan kolleci ataraq musiqi ilə məşğul olub. Sənətçi hazırda "Sony Music" adlanan "April Blackwood" leybli ilə müqavilə imzalayıb.

Избранный
23
publika.az

1Источники