RU

Ukrayna ordusu 9 yaşayış məntəqəsini azad edib

Aleksandrovka yaşayış məntəqəsi istiqamətində əks-hücum zamanı Ukrayna ordusu doqquz yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib və daha üç məntəqə tamamilə təmizləyib.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Aleksandrovka istiqamətində davam edir.

Martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.

Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib.

Избранный
21
7
adalet.az

9Источники