RU

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri diri yandı FOTO VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Hindistanın Andhra-Pradeş ştatında dəhşətli faciə baş verib. Sərnişin avtobusu çınqıl yüklü yük maşını ilə toqquşub.

Oxu.Az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində 14 nəfər həlak olub, onların hamısı diri-diri yanıb.

Ştat baş nazirinin ofisi hadisəni təsdiqləyərək bildirib ki, "Harikrishna Travels" şirkətinə məxsus avtobus Nirmal şəhərindən Nellora gedirmiş.

Rayon rəhbəri Şri Nara Çandrababu Naydu hadisənin hərtərəfli araşdırılması ilə bağlı göstəriş verib.

Polis rəisi əlavə edib ki, yaralanan 23 nəfər dərhal xəstəxanaya çatdırılıb. Yük maşınının sürücüsü də müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə əməliyyatları başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
4
oxu.az

5Источники