RU

Yasamalda irigövdəli ağacları kəsənlər ifşa olundular

Yasamal rayonu, Müzəffər Həsənov küçəsində, "Delta Telecom" şirkətinin qarşısındakı ağacların kəsilməsi ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.

İddialara görə, kəsilən ağaclar nə qurumuş, nə də təhlükəli vəziyyətdə olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, fakt üzrə prosessual araşdırma aparılır:

"Rayon ərazisində yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək".

Mövcud vəziyyətlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, məsələ artıq nəzarətə götürülüb və əməkdaşlar tərəfindən araşdırmaya başlanılıb.

Избранный
46
2
far.az

3Источники