RU

Rütte: "NATO ölkələri daha çox silah istehsal etməlidirlər"

NATO ölkələri tərəfindən silah istehsalının həcmi kifayət qədər deyil.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte mətbuat konfransında bildirib.

"Hazırda müdafiə sənayemiz kifayət qədər çox silah istehsal etmir. Biz həmçinin innovasiyaları kifayət qədər sürətlə tətbiq etmirik. Biz bu məsələlərdə yaxşılaşırıq, lakin daha çox səy göstərməliyik", - o qeyd edib.

Bununla yanaşı, Rütte vurğulayıb ki, NATO ölkələri əvvəlki illərlə müqayisədə sursat istehsalını bir neçə dəfə artıra biliblər. Lakin onun fikrincə, bu cür istehsalı daha da artırmaq lazımdır.

Baş katib əlavə edib ki, silah istehsalının artırılması mövzusu NATO-nun Ankarada keçiriləcək sammitində (iyulun əvvəlində - red.) əsas məsələlərdən biri olacaq.

NATO-nun məlumatına görə, təşkilat 2025-ci ildə 120-dən çox hərbi təlim təşkil edib.

"Cebheinfo.az"

Избранный
19
1
cebheinfo.az

2Источники