Futzal üzrə Yüksək Liqada mübarizə aparan “Lənkəran” texniki məğlubiyyətlə cəzalandırılıb.
İdmanxeber.az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.
Bölgə təmsilçisi XV turda U-19 komandası ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu cəza ilə üzləşib. Sözügedən kollektivə 0:5 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.