RU

PSJ nin Luis Enrike ilə bağlı planı bəlli oldu

ain.az, sport24.az saytına istinadən bildirir.

PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" mətbuatı məlumat yayıb.

Fransa klubu 55 yaşlı mütəxəssisin 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq niyyətindədir.

Qeyd edək ki, Enrike 2023-cü ilin yayından PSJ-nin "sükanı arxasındadır". Onun rəhbərliyi altında parislilər Çempionlar Liqasını, Liqa 1-i və Fransa Kubokunu qazanaraq trebl ediblər. Komanda həmçinin 2025-ci il Klublararası Dünya Kubokunun, eləcə də UEFA Super Kubokunun və Qitələrarası Kubokun finalına yüksəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
sport24.az

1Источники