RU

İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp

İran Trampa Ali Lider olmağı təklif edib.

 ABŞ-nin prezidenti Donald Tramp İranla bağlı növbəti qalmaqallı açıqlamalar verib.

Tramp iddia edib ki, İran tərəfi ona “Ali Lider” olmağı təklif edib. Onun sözlərinə görə, bu təklifi qəbul etməyib:

“İran mənə ali lider olmağı təklif etdi. Mən isə "yox, təşəkkür edirəm, bunu istəmirəm" dedim”.

Sabiq prezident əlavə edib ki, İran nümayəndələri danışıqlarda tamamilə fərqli və qəribə davranırlar və əslində ABŞ ilə razılaşma əldə etmək üçün yalvarırlar.

O bildirib ki, İran hərbi baxımdan zəiflədiyi üçün razılaşmaya getməyə məcburdur, lakin buna baxmayaraq, rəsmi Tehran ictimaiyyət qarşısında yalnız ABŞ təkliflərini nəzərdən keçirdiyini bildirir.

Tramp bu yanaşmanı sərt tənqid edərək xəbərdarlıq edib ki, İran vaxt itirməməlidir:

“Onlar işi tezliklə ciddiyə almalıdırlar. Əks halda çox gec olacaq. Bu baş verəndən sonra geri dönüş olmayacaq və nəticələr xoş olmayacaq” - o vurğulayıb

Избранный
29
4
anews.az

6Источники