RU

Yaponiya məktəblərində kütləvi zəhərlənmə: Səbəb çörək məhsulları ola bilər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərində ibtidai və orta məktəblərdə zəhərlənmədən zərər çəkən şagird və müəllimlərin sayı 633-ə çatıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə şəhər meriyasından məlumat verilib.

Son məlumatlara görə, ibtidai məktəblərdən 482 nəfər zəhərlənmə simptomlarından şikayətlənib ki, onlardan 415-i uşaq və 67-si müəllim olub. Orta məktəblərdə isə daha 151 nəfər zərər çəkib ki, onlardan 136-sı şagird və 15-i müəllim olub.

Osaka prefekturası hökuməti araşdırma aparıb və məlum olub ki, zəhərlənməyə məktəb yeməkxanalarında verilən çörək səbəb ola bilər. Zərərçəkənlərdən bəzilərinin, eləcə də çörəyin bişirildiyi müəssisənin işçilərində norovirus aşkarlanıb.

Zəhərlənmə ilə bağlı ilk məlumat martın 19-da daxil olub və 60 nəfərin vəziyyətinin yaxşı olmadığı bildirilib. Yoxlamadan sonra müəyyən edilib ki, şəhərdəki səkkiz məktəbin hamısında şagird və müəllimlər arasında oxşar simptomlar müşahidə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
4
oxu.az

5Источники