RU

DÇ-2026-da pley-off həyəcanı: Türkiyə Rumıniyaya qarşı

Bu gün 2026-cı ildə ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunları start götürəcək.

Publika.az xəbər verir ki, qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasından gələn 4 iştirakçıdan formalaşan 8 cütün güclüləri müəyyənləşəcək.

Türkiyə millisi pley-off-da Rumıniya ilə görüşəcək. Bu cütün qalibi pley-offun finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-offun finalında matçı səfərdə keçirəcək.

Qeyd edək ki, mundiala yollanacaq 4 xoşbəxti müəyyənləşdirəcək final oyunları 31 martda keçiriləcək.

DÇ-2026
Pley-off, 1/2 final
26 mart

Избранный
3
2
publika.az

3Источники