RU

Qardaşını öldürüb, qətlin üstünün açılmasını tələb etdi: Keçmiş polis rəisi cinayətin detallarını açıqladı VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Binəqədi Rayon Polis İdarəsinin rəisi işləyirdim. Gecə saatlarında zəng gəldi ki, gölün kənarında QAZ-2410 avtomobilində bir nəfər güllə ilə qətlə yetirilib. Axtarıb qardaşını tapdıq. Qardaşı tələb elədi ki, qatil tezliklə tapılsın. Məlum oldu ki, qətlə yetirilən şəxs Şəki rayonundan olsa da, Bakıda bir qadınla qeyri-rəsmi yaşayıb. Qadını tapıb, istintaqa dəvət etdik. Qadın bildirdi ki, axşam onun evindən çıxıb, bir daha geri qayıtmayıb. Mərhumun qardaşı isə qətldə həmin qadını günahlandırmaq üçün iddialar irəli sürür, istintaqı həmin istiqamətə yönəltmək istəyirdi. Həmin vaxt əməkdaşlarımızdan biri otağa daxil oldu və mərhumun qardaşını görüb dedi ki, onu tanıyır və qəsdən adam öldürməyə görə məhkumluğu olub. Araşdırmalardan sonra məlum oldu ki, qardaşını qətlə yetirən şəxs elə o özüdür".

Bunu Oxu.Az-a müsahibəsində uzun müddət ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışan polis polkovniki Şəmsəddin Əliyev deyib.

Sabiq polis rəisi fəaliyyəti dövründə rastlaşdığı ağır cinayət hadisələrindən danışıb.

Qardaşını öldürüb, qətlin üstünün açılmasını tələb etdi: Keçmiş polis rəisi cinayətin detallarını açıqladı - VİDEO

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
1
oxu.az

2Источники