RU

Ağdamda minaya düşən Ceyhun Abbasovun SON DURUMU

Xəbər verdiyimiz kimi, Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.

Hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Naibə Məmmədova, Bizim.Media

Избранный
53
2
bizim.media

3Источники