RU

Arda Gülər ilə bağlı suala verdiyi cavabla GÜNDƏM OLDU

Rumıniya millisinin müdafiəçisi Radu Draquşin Türkiyə millisinə qarşı keçiriləcək həlledici matç öncəsi özünəinamlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, mətbuat konfransında danışan rumıniyalı futbolçu Türkiyə ilə oyunu final matçı kimi gördüklərini bildirib.

O, komandanın təzyiqə hazır olduğunu deyib:

“Biz bunu final matçı kimi görürük. Azarkeşlərdən çox təzyiq olacaq, amma biz buna hazırıq”.

Matçın İstanbulda, Tüpraş Stadionunda keçiriləcəyini xatırladan Draquşin türk azarkeşlərinin təzyiqinə öyrəşdiklərini bildirib:

“Mən burada əvvəllər də oynamışam. Türk azarkeşlər çox təzyiq göstərirdilər, amma biz buna öyrəşmişik”.

Komanda oyununa da toxunan müdafiəçi Rumıniya millisinin gücünün komanda ruhunda olduğunu vurğulayıb:

“Məsələ fərdlər deyil, biz qrup olaraq güclüyük”.

Türkiyə millisinin gənc ulduzu Arda Gülərin forması ilə bağlı suala isə Draquşin qısa və iddialı cavab verib:

“Bu, bizə heç bir şəkildə təsir etmir”.

Onun Arda Gülər ilə bağlı qısa cavabı sosial mediada da gündəm olub.

Musavat.com 

Избранный
37
musavat.com

1Источники