RU

Altsheymer xəstəliyinin qarşısını alan və xolesterin səviyyəsini azaldan meyvənin adı açıqlanıb

Orqanizmdə xolesterin səviyyəsini aşağı salmaq, eləcə də Altsheymer xəstəliyinin qarşısını almaq məqsədilə xurmanı gündəlik rasiona daxil etmək lazımdır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu britaniyalı terapevt Əmir Xan deyib.

O qeyd edib ki, gün ərzində iki-üç ədəd xurma yenək orqanizmə heç bir ziyan vura bilməz. Həkimin sözlərinə görə, kifayət qədər şirin meyvə olmasına rəğmən, qeyd olunan miqdarda yeyildikdə o, qandakı şəkərin miqdarına kəskin təsir göstərmir. Bununla yanaşı, xurmanın tərkibindəki bol lif həzm prosesini tənzimləyir və insanın ümumi vəziyyətinə fayda verir.

Mütəxəssis əlavə edib ki, xurma ürəyin fəaliyyəti və xolesteroin göstəriciləri üçün də olduqca əhəmiyyətlidir.

Ə.Xan bildirib: "Araşdırmalara əsasən, xurma antioksidantlarla zəngin olduğu üçün beyin funksiyalarını gücləndirə və Altsheymer tipli xəstəliklərin səbəb olduğu iltihabi prosesləri zəiflədə bilər."

Həmçinin mütəxəsis əldə edilən bu tibbi nəticələrin hələlik ilkin mərhələdə olduğunu da diqqətə çatdırıb.

Избранный
25
2
far.az

3Источники