RU

İlham Mirzəliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, vətəndaş qəbulu aprelin 17-si saat 10:00-da Şirvan şəhərində baş tutacaq. Qəbul Şirvan şəhərində yerləşən Heydər Əliyev mərkəzində keçiriləcək və Şirvan və Hacıqabul sakinləri üçün baş tutacaq.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
2
baku.ws

3Источники