RU

Qəzəb və intiqam: Pentaqonun rəhbəri düşmənlərə bəddua yağdırdı

ABŞ-nin Müdafiə naziri Pit Heqset Pentaqonda keçirilən xristian dua mərasimi zamanı öz kəskin və dini motivli çıxışı ilə beynəlxalq aləmdə böyük səs-küyə səbəb olub. 

NOCOMMENT.az xəbər verir ki, nazir öz nitqində bibliya motivlərinə, xüsusilə “Əhdi-Ətiq” (Tövrat) üslubuna müraciət edərək, ABŞ-ın düşmənlərinin ünvanına ağır lənətlər yağdırıb. Heqsetin çıxışı hərbi ritorikadan daha çox, dini bir hökm xarakteri daşıması ilə diqqət çəkib.

Pentaqon rəhbəri dua zamanı düşmənlərə qarşı mərhəmətsiz olmağa çağırıb: “Zülmkarın əsasını qırın, bədxahların hiylələrini bozun və allahsızların dişlərini parçalayın. Sənin qəzəbinin şiddətli nəfəsindən şər yox olsun. Qoy onların öküzləri kəsilməyə getsin, çünki onların günü, cəza vaxtı gəlib çatıb”.

Heqset öz çıxışında hərbi əməliyyatların dini bir missiya olduğunu eyham edərək, ordunun qətiyyətli addımlar atması üçün dua edib: “Boş xəyallar quranların üzərinə qəzəbini tök və onları külək qarşısındakı toz kimi dağıt. Hər bir qərarda onlara müdriklik, qarşıdakı sınaqlarda dözümlülük, sarsılmaz birlik və mərhəmətə layiq olmayanlara qarşı qarşısıalınmaz bir hərəkət sürəti bəxş et”.

Pentaqonun rəhbəri tərəfindən səsləndirilən bu dini bəddualar ABŞ-nin Yaxın Şərq və digər gərginlik ocaqlarındakı hərbi doktrinasının daha sərt və ideoloji müstəviyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Избранный
27
nocomment.az

1Источники