RU

Trampdan sensasion iddia: İran liderləri razılaşma istəyirlər, amma xalqdan qorxurlar

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran liderləri "razılığa gəlmək üçün çarəsizdirlər", daxili və beynəlxalq nəticələrdən qorxmaq onları bu addımı atmaqdan çəkindirir.

Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Ağ Ev rəhbəri bildirib: "Onlar danışıqlar aparırlar və ümidsiz şəkildə razılaşma əldə etmək istəyirlər, amma bu barədə danışmaqdan qorxurlar, çünki öz xalqlarının onları öldürəcəyini düşünürlər".

Tramp həmçinin əlavə edib ki, İran liderləri "onları öldürəcəyimizdən də qorxurlar".

“The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ və İsrail İranın xarici işlər naziri Abbas Əraqçi və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafı müvəqqəti olaraq “ölüm siyahısı”ndan çıxarıblar.

Избранный
54
36
publika.az

10Источники