RU

Dubaya düşən raket qəlpələri səbəbindən 2 nəfər öldü

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İrandan atılan və hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən raketin qəlpələrinin düşməsi nəticəsində 2 nəfərin həyatını itirdiyini bildirdi.

"Cebheinfo.az" xəbər verir ki, Abu Dabi Media Ofisindən edilən yazılı açıqlamada hücumla bağlı məlumat verilib.

İrandan göndərilən raketin BƏƏ hava hücumundan müdafiə sistemləri tərəfindən paytaxt Abu Dabidə zərərsizləşdirilərkən düşən qəlpələrin 2 nəfərin ölümünə və 3 nəfərin yaralanmasına səbəb olduğu qeyd edilib.

Həlak olanların və yaralananların kimliyi ilə bağlı hələlik məlumat paylaşılmayıb. Açıqlamada həmçinin qəlpə parçalarının çox sayda nəqliyyat vasitəsinə ziyan vurduğu bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
cebheinfo.az

2Источники