RU

ABŞ da həbsdə olan Maduro yenidən hakim qarşısına çıxacaq

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın hərbi müdaxiləsi nəticəsində həbs edilən Venezuela Prezidenti Nicolas Maduro və həyat yoldaşı Cilia Floresə qarşı açılan məhkəmə prosesi Nyu-Yorkda davam edir.

Bizimyol.info xəbər verir ki, CNN-in verdiyi məlumata görə məhkəmə çərçivəsində 5 yanvar tarixində keçirilən ilk dinləmədən sonra, ikilinin eyni gün ərzində yenidən hakim qarşısına çıxması gözlənilir.

Bu dinləmə, işin gedişatı ilə bağlı vəziyyətin qiymətləndirilməsi kimi nəzərdən keçirilir.

Maduro və Cilia Flores üçün ilk dinləmə 5 yanvar tarixində Nyu-Yorkun Manhattan bölgəsindəki məhkəmədə baş tutmuşdu. Maduro burada “Mən günahsızam. Burada danışılan heç bir işdə günahkar deyiləm” deyə bildirib.

Qeyd edək ki, yanvarın 3-də Venezuela paytaxtı Karakasda partlayış və təyyarə səsləri eşidilmiş, ölkə rəhbərliyi ABŞ-ı müxtəlif bölgələrdə həm mülki, həm də hərbi obyektlərə hücum təşkil etməkdə ittiham etmişdi.

ABŞ Prezidenti Donald Trump isə Venezuela Prezidenti Nicolas Maduroya qarşı böyükmiqyaslı əməliyyatın həyata keçirildiyini, Maduro və həyat yoldaşının ölkədən çıxarıldığını açıqlamışdı.

ABŞ ədliyyə naziri Pam Bondi isə Maduro və Cilia Floresə qarşı ABŞ-da ittiham irəli sürüldüyünü, Maduroya “narkotik terrorizmi, kokain qaçaqçılığı, ABŞ-a qarşı avtomat silah və dağıdıcı cihazlar saxlamaq” ittihamlarının yönəldildiyini bildirib.

Venezuela rəhbərliyi ABŞ-ın bu hərəkətini qınaması üçün beynəlxalq ictimaiyyətə müraciət etmiş, bəzi ölkələr hücumu tənqid etsə də, bəzi ölkələr ABŞ-a dəstək göstərmişdi.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
icma.az

1Источники