RU

Hasan Can ilk dəfə saxlanılması barədə danışdı: Həmin gecə...

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Məşhur komediyaçı Hasan Can Kaya saxlanıldığı günlərlə bağlı yadda qalan məqamları ilk dəfə açıqlayıb. O, “Konuşanlar” proqramında danışarkən eyni nəzarətxanada qaldığı Reynmen və Çakal ilə yaşadıqlarını zarafatla xatırlayıb.Hasan Can Kaya deyir ki, gecə boyu xorultusu səbəbindən nə özü rahat yata bilib, nə də yanında qalanlar. Sözlərinə görə, vəziyyət o həddə çatıb ki, hətta zarafatla jandarmadan da halallıq istəyib.Onun sözlərindən hiss olunur ki, həmin gecə heç də sakit keçməyib. Hasan Can gülərək bildirir ki, Reynmen də zarafatla ona irad tutub, sanki traktor səsi çıxartdığını deyib. Nəticədə hamı ondan uzaqlaşaraq otağın kənarına çəkilib, gecəni birtəhər başa vurmağa çalışıb.Hadisənin özü isə bir qədər əvvəl baş verən əməliyyatla bağlıdır. Bu il yanvarın sonunda Türkiyədə narkotiklə əlaqəli araşdırmalar çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılmışdı. Onların arasında Hasan Can Kaya və Reynmen kimi tanınan Yusuf Aktaş da var idi.Araşdırma çərçivəsində saxlanılan şəxslərdən nümunələr götürüldükdən sonra məhkəmə qərarı ilə hamısı barəsində azadlıq məhdudlaşdırıcı, lakin həbs olmayan tədbir seçilmişdi.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
demokrat.az

1Источники