RU

Üzərinə Azərbaycan istehsalı yazılan Coca Cola lar saxta çıxdı VİDEO

ain.az, Lent az saytına istinadən bildirir.

Rusiyada 38 min ədəd iki litrlik saxta “Coca-Cola” müsadirə edilib.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, polis əməkdaşları Smolensk vilayətində fəaliyyət göstərən gizli sexin işini dayandırıblar. Həmin sexdə təxminən 20 muzdlu işçi iki növbədə saxta “Cola” istehsal edirmiş.

Saxta məhsullar Moskvaya göndərilib. Etiketlərdə içkinin guya Gürcüstan, Azərbaycan və ya Belarusda istehsal olunduğu göstərilsə də, əslində içki antisanitar şəraitdə gizli şəkildə qablaşdırılıb.

Dəymiş zərər təxminən 6 milyon rubl təşkil edir və faktla bağlı cinayət işi başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
lent.az

1Источники