Bakı. Trend:
Yanvar-fevral aylarında Azərbaycandan Tunisə 29,5 milyon ABŞdolları dəyərində 61,3 min ton bitumlu süxurlardan əldə olunan xamneft və neft məhsulları ixrac edilib.
Bu barədə TrendAzərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Tunisə neftixracına dair məlumatlar açıqlanmayıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatlarıaparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyarddollar və ya 29,6% azdır.
Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya37,2% azalıb.
Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.