RU

İran qurudan hücuma belə hazırlaşır: böyük itkilər olacaq CNN

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İran ABŞ-ın mümkün quru əməliyyatlarına qarşı Xarq adasının müdafiəsini möhkəmləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, son həftələrdə İran adada piyada və tank əleyhinə minalar da daxil olmaqla tələlər qurur, əlavə hərbi qüvvə yerləşdirir və hava hücumundan müdafiə sistemləri ilə yer-hava raket vasitələrini gücləndirir. Bu, ABŞ-ın adanı nəzarətə götürəcəyi ehtimalına qarşı hazırlıq məqsədi daşıyır:

“Vaşinqton bu adanı iqtisadi əhəmiyyətinə görə strateji təzyiq vasitəsi kimi qiymətləndirib, çünki Fars körfəzindəki bu ərazi İranın xam neft ixracının keçdiyi əsas ticarət yoluna nəzarət edir. Lakin adanın güclü müdafiəsi bu planın yüksək itki riskləri ilə müşayiət olunduğunu göstərir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
globalinfo.az

1Источники