RU

ABŞ hərbçiləri Karib hövzəsində narkotacirlərə məxsus gəmiyə zərbə endirib

ABŞ Karib hövzəsində narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Məlumata görə, əməliyyat martın 25-də həyata keçirilib və nəticədə 4 nəfər ölüb.

Qeyd olunur ki, gəmi narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edirdi və kəşfiyyat məlumatlarına əsasən bu məqsədlə istifadə olunurdu.

Избранный
47
6
yeniazerbaycan.com

8Источники